SÜJET

Süni intellekt Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış
Milli Məclisin yaz sessiyası başa çatdı

Milli Məclisin yaz sessiyası başa çatdı

  • 30 may 2025, 14:10

Milli Məclisin yaz sessiyasında 14 plenar iclası, 65 qanuna dəyişiklik layihəsi qəbul edilib.

Yurd.Media xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin yaz sessiyasının son iclasında məlumat verib.

Spiker parlamentin keçirdiyi ictimai dinləmələr, iclaslar barədə məlumat verib.

Qeyd olunub ki, ümumilkdə 443 xarici qonaq Milli Məclisdə olub.

Bundan başqa, sədr əlavə edib ki, bu dövr ərzində 3 ölkənin prezidenti, 16 parlament sədri, 7 xarici ölkə səfiri ilə görüşüb.

Qeyd olunub ki, parlament 5 beynəlxalq tədbirə ev sahibliyi edib.

Həmçinin vurğulanıb ki, MM İslam Əməkdaşlıq Təşkilatının parlament sessiyasına sədrlik edəcək.

Yekunda sessiya bağlı elan edilib və Dövlət Himni səsləndirilib.

Prime Leasing