SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Milli Elmlər Akademiyası mühafizəni gücləndirir

Milli Elmlər Akademiyası mühafizəni gücləndirir

  • 12 dekabr 2025, 15:28
Bakı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) mühafizəni gücləndirmək qərarına gəlib.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, gələn il üçün mühafizəçilərin sayını artırılır.

Belə ki, Akademiya şəhərciyi üzrə növbə rəislərinin sayı 1-dən 2-yə, mühafizəçilərin sayı 23-dən 29-a çatdırılır və bundan əlavə, 2 patrul əməkdaşı da mühafizəyə cəlb edilir.

Həmçinin AMEA Mərkəzi Elmi Kitabxana üzrə 1 növbə rəisi qalmaqla mühafizəçilərin sayını 13-dən 17-yə çatdırır. Eyni zamanda AMEA-nın yataqxanası üzrə mühafizəyə 1 növbə rəisi, 3 mühafizəçi və 1 patrul əməkdaşı təhkim olunacaq.

Bütün mühafizə komandasına isə 1 nəfər Xidmət rəisi rəhbərlik edəcək. Əvvəllər isə mühafizə komandasında rəhbər şəxs kimi 1 xidmət rəisi və 1 xidmət rəisinin müavini yer alıb.

AMEA 2026-cı il üçün mühafizə xidmətinə 493.327,89 manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Xatırladaq ki, akademiyanın 2025-ci il üzrə isə mühafizə xərcləri 472.497,49 manat olub. Ənənəvi olaraq mühafizə xidmətini də “Alov-Mühafizə” şirkəti həyata keçirib.

Prime Leasing
SPE Annual Caspian