SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Metronun 40 ildir işləyən keçidi təmirə bağlanır

Metronun 40 ildir işləyən keçidi təmirə bağlanır

  • 06 yanvar 2026, 19:43

Bakıda metronun bir keçidində təmir işləri aparıldığından bağlanacaq.

“Bakı Metropoliteni” QSC-dən Yurd.Media-ya bildirilib ki, Yaşıl xətt üzrə yerləşən “Memar Əcəmi” stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə start verilir.

1985-ci ildə istismara verilmiş stansiyanın sözügedən keçidində istismar müddətini başa vurmuş, eləcə də korroziyanın təsirlərinə məruz qalmış kabançik tipli divar üzlükləri və döşəmə örtüyü yenilənəcək.

Təmir işlərinin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır.

Skat.az - Ev və Avtomobil elanları