SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Məşhur şirkətə qarşı gömrük qaydalarının pozulması İDDİASI - MƏHKƏMƏ QƏRARI

Məşhur şirkətə qarşı gömrük qaydalarının pozulması İDDİASI - MƏHKƏMƏ QƏRARI

  • 08 yanvar 2026, 10:51

Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Balaxanı Sənaye Parkının rezidenti olan “Bioropean” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) qarşı cərimə yazıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi şirkət barəsində protokol tərtib edərək Xətai Rayon Məhkəməsinə göndərib.

Protokolda qeyd olunub ki, "Bioropean” tərəfindən bir gömrük bəyannaməsi üzrə 1 234 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi göstərilib.

Müəyyən edilib ki, "Bioropean” Niderlandda fəaliyyət göstərən "Van Wijk & Olthuis BV Pioniersweg 79” şirkəti ilə bağlanılmış müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində gömrük bəyannaməsi üzrə 25 752 ABŞ dolları dəyərində malları Azərbaycandan ixrac edib.

Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində milli valyutaya nisbətdə 2 098 manat təşkil edən 1234 ABŞ dolları məbləğində qalıq pul vəsaiti Azərbaycanın müvəkkil edilmiş bankının hesabına köçürülməyib.

Amma Xətai Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilib. Qərardan narazı qalan Bakı Baş Gömrük İdarəsi apellyasiya şikayəti versə də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.

Qeyd edək ki, 2017-ci ildən fəaliyyət göstərən "Bioropean” şirkəti istifadə olunmuş yemək yağının təkrar emalı ilə məşğul olur. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları