SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Mənzil bazarında 3 aya 1,6 faiz bahalaşma

Mənzil bazarında 3 aya 1,6 faiz bahalaşma

  • 16 oktyabr 2025, 18:11

Son 3 ay ərzində Azərbaycanda mənzillərin qiyməti 1,6 faiz artıb.

Yurd.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Belə ki, 2025-ci ilin III rübündə mənzil bazarında qiymət indeksi 2025-ci ilin II rübü ilə müqayisədə 1,6 faiz bahalaşıb.

Bahalaşma ilkin mənzil bazarı üzrə 3,2 faiz, təkrar mənzil bazarı üzrə 1,6 faiz təşkil edib.

Bununla yanaşı, 2025-ci ilin yanvar-sentyabr aylarında mənzil bazarında qiymət indeksi 2024-cü ilin eyni dövrünə nisbətən 12,7% artıb.

Bu dövr ərzində bahalaşma ilkin mənzil bazarında 12,5%, təkrar mənzil bazarında isə 12,8% olub.

Prime Leasing
SPE Annual Caspian