SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verdi

Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verdi

  • 20 iyun 2025, 17:42

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib. Bununla bağlı bu gün Xətai rayon Məhkəməsində təqdimata baxılıb.

Məhkəmə həbs müddətinin 2 ay uzadılması barədə qərar verib.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Prime Leasing