SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Məcnun Məmmədov Daşkəsəndə qəbul keçirəcək

Məcnun Məmmədov Daşkəsəndə qəbul keçirəcək

  • 17 iyun 2025, 12:05

İyunun 20-də saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Daşkəsəndə Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonlarından olan vətəndaşları qəbul edəcək.

Yurd.Media nazirliyə istinadən xəbər verir ki, vətəndaş qəbulu Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında baş tutacaq.

Qəbulda iştirak etmək istəyənlər DAİM-ə (055-775-83-22) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Prime Leasing