SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Kürdəmirin sabiq icra başçısı ilə həbs olunan şöbə müdiri əfv edildi

Kürdəmirin sabiq icra başçısı ilə həbs olunan şöbə müdiri əfv edildi

  • 26 may 2025, 14:30
Kürdəmir

Kürdəmir Rayon Təhsil Şöbəsinin sabiq müdiri, həbsdə olan Mətləb Allahverdiyev əfv edilib. 

Yurd.Media Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncamda bildirilib. Sərəncama görə, M.Allahverdiyev cəzasının çəkilməmiş hissəsindən azad olunub.

Xatırladaq ki, M.Allahverdiyev 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının Kürdəmir Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Allahverdiyev 8 il 3 ay azadlıqdan məhrum edilib. Ali Məhkəmə onun cəzasını 4 il 4 aya endirib.

Qeyd edək ki, M.Allahverdiyev Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərovla birlikdə həbs edilmişdi.

Prime Leasing