SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Jurnalistlər Quba və Qusarda məscid və sınaqları ilə tanış oldu

Jurnalistlər Quba və Qusarda məscid və sınaqları ilə tanış oldu

  • 17 iyul 2026, 18:31

Jurnalistlət Dağ yəhudiləri muzeyinə 11 ilə toplanan eksponatlarla tanış oldu.

Yurd.Media xəbər verir ki, Qusar şəhərində keçirilən Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” konfransının iştirakçıları Quba və Qusar ərazində yerləşən məscidlərə, sinaqoq və muzeyə baş çəkiblər.

Media nümayəndələri mediatur çərçivəsində Quba şəhəri Cümə və Səkinəxanım məscidlərini, Altıgümbəz sinaqoqunu, Dağ Yəhudiləri muzeyini ziyarət ediblər.

Quba Cümə məscidinin imamı Seyran Fərəczadə və məscid icmasının sədri İlqar Bayramov məscidin tarixi haqqında məlumat veriblər. Onlar qeyd ediblər ki, məscid 1802-ci ildə Qazi Nəsrulla əfəndinin və oğlu Hacı İsmayılın təşəbbüsü və maddi yardımı ilə tikilib.

Seyran Fərəczadə söyləyib ki, məscidi məşhur memar Ömər Əbu Bəkr oğlu Naxçivani tikib:

“1933-cu ildə məsciddə iki mədrəsə, minarə və digər tikililər dağıdılıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscidin ətrafına şəbəkəli hasar çəkilib, su, kanalizasiya xətləri bərpa edilib, dəstəmazxana və digər köməkçi binalar və 41 m hündürlüyündə minarə ucaldılıb.

Məscid səkkiztinli prizma şəklində olub içəri tərəfdən hündürlüyü 28 m, sahəsi 400 kvadrat/metrdir”.

İlqar Bayramov isə bildirib ki, “Cümə” məscidi 2022-2023-cü illər əsaslı təmir olunub, məscidin dam örtüyü dəyişdirib:

“Məscidin həyətində iki mərtəbəli köməkçi binaları, ayrıca imam otağı və mədrəsəsi var. Məscidin tikintisində un, yumurta kimi məlumatlardan istifadə edilib. Sovet işğalı zamanı məscidin dağıdılacağı haqqında xəbər yayılanda yerli əhali buranı dağılmaqdan qorumaq üçün dəyirmana çevirib. Sovet dövründə müxtəlif formada məscidin binasını qoruyub saxlaya bilirlər”.

Onlar qeyd ediblər ki, hazırda məscidin oğlan, qız Quran kursları üçün lisenziyası var. Məscid nümayəndələrinin sözlərinə görə, Şimal bölgəsinin ən çox camaatı olan məsciddir. Məhzəb və əqidə fərqindən asılı olmayaraq hər kəs burada namaz qıla, dua edə bilir.

Daha sonra Quba şəhəri Səkinəxanım məscidi ziyarət olunub. Məscidin imamı Həmdulla Dəniyarlı məlumat verərkən söyləyib ki, məscid 1854-cü ildə böyük Azərbaycan yazıçısı və tarixçisi Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək üçün həyat yoldaşı Səkinə xanımın istəyi və vəsaiti ilə tikilib:

“Məscid dördbucaqlı formasındadır, doqquz pəncərəsi, iki qapısı var. Hündürlüyü 27 metrdir. Ümumi sahəsi 130 m2-dir. 1930-cu illərdə məscid Sovet hakimiyyəti tərəfindən bağlanıb, ətrafındakı mədrəsə və köməkçi binalar sökülərək dağıdılıb. Məsciddən əvvəllər anbar kimi istifadə olunub, daha sonra burada tikiş sexi açılıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscid dindarların istifadəsinə verilib, ətrafına hasar çəkilib, su, kanalizasiya, işıq, qaz xətləri, 1990-1993-cü illərdə dəstəmazxana və başqa köməkçi binalar tikilib, məscid əsaslı bərpa və təmir edilib.

İmamın sözlərinə görə məscid, adətən, qadınlar məscidi kimi tanınıb: “Tarix boyu qadınlar məscidi qoruyub, abadlaşdırıblar. Məsciddə 120-130 nəfər namaz qıla bilir. Son dəfə 1990-cı ildə bərpa olunub. Məscid binasının giriş portiki üstündəki epiqrafik kitabənin haşiyə hissəsində nəsx xətti ilə ərəb dilində Qurandan ayə verilib. Həmçinin kitabənin ortasında yazılıb”.

Quba rayonunun Qırmızı qəsəbə ərazisində yerləşən Altı Gümbəz sinaqoqu da ziyarət edilib. Sinaqoqda jurnalistləri Dağ yəhudiləri dini icmasının sədri Pisax İsakov məlumatlandırıb. O qeyd edib ki, sinaqoq 1888-ci ildə memar Gilel ben Xaim tərəfindən inşa edilib: “Onun altı günbəzi (6 guşəli olması) Qəsəbədəki Qilqat məhəlləsi sakinlərinin Qələduz kəndi ətrafından Quba xanı Hüseynəli xanın icazəsi ilə 6 gün ərzində buraya köçmələrinin rəmzidir.

Məbədin 14 əsas pəncərəsi var. Böyük ibadət zalı Şərq memarlıq üslubunda tikilmiş qədim bir abidədir. İçərisindəki ibadət divarına baxan hissə aron-kaduş adlanır və hündürlüyü 7 metr olmaqla Avropada təkrarı olmayan, Yerusəlimə baxan qibləgahdır. Müqəddəs kitab həmin divarda yerləşən dolabda saxlanılır. Pəncərələr altıguşəli ulduz şəklində palıd ağacından hazırlanıb.

P. İsakov deyib ki, sinaqoqun bərpasına 1995-ci ildə başlanılıb, 2000-ci ilin oktyabrında başa çatdırılıb: “Hazırda məbəd dindarların istifadəsindədir və onun zirzəmisində dini mərasimlərin keçirilməsi üçün 60 nəfərlik ibadət zalı və mətbəx mövcuddur. Bu gün ən böyük bayramlarımızı burada qeyd edirik. Gördüyünüz kimi, bina həqiqətən də çox gözəl vəziyyətdədir.

2019-cu ilin siyahıyaalınmasının nəticələrinə görə Qırmızı qəsəbənin əhalisi 3 minə yaxındır. Burada 700 ev var və həmin evlərin hamısından istifadə olunur. Kimisi ildə bir dəfə, kimisi iki ildən bir gəlib evini təmir edir, burada yaşayır. Kimisi köhnə evi söküb yenisini tikir”.

Media nümayəndələri Dağ yəhudiləri muzeyinə da baş çəkiblər. Muzeyin direktoru İqor Şaulov bildirib ki, burada nümayiş olunan eksponatların toplanması 11 il vaxt alıb: “Sovet dövründə eksponatlar başqa ölkələrə aparılmışdı. Məsələn, 1920-ci ildə toxunmuş bir xalçanı Münhendən tapıb, gətirmişdik. Muzeydə tolerantlıq və multikulturalizmlə bağlı sənədlər, keçirilmiş konqreslər, tədbirlər, küçələrin açılış mərasimləri və digər tədbirlərə aid materiallar nümayiş etdirilir.

Bundan əlavə, divarın bir hissəsində dağ yəhudilərinin bu torpaqlara necə gəlib çatması əks olunub. Dağ yəhudiləri Azərbaycanda II əsrdən yaşayırlar. Qüdsdən çıxaraq Babil istiqamətindən keçib bu ərazilərə gəliblər. Burada dağ yəhudilərinin Qırmızı Qəsəbəyə qədər keçdiyi tarixi yol göstərilib.

Sol tərəfdə Hüseynəli xan və Fətəli xanın təsvirləri yer alıb. Təxminən 300 il əvvəl onlar Qırmızı Qəsəbəni dağ yəhudilərinə veriblər ki, sərbəst yaşaya bilsinlər. O vaxtdan bəri, demək olar ki, 300 ildir burada yaşayırlar”.

İqor Şaulov deyib ki, əvvəllər Qırmızı Qəsəbə doqquz məhəllədən ibarət olub: “Hər məhəllənin adı əraziyə köçüb gələn insanların gəldiyi yerə uyğun verilib. Məsələn, Qusari, Qaraçaxi, Giləki, Mizrahi və digər məhəllələr.

Bir vaxtlar Qafqazda Qırmızı Qəsəbəyə bənzər, dağ yəhudilərinin yaşadığı 100-150-yə yaxın yaşayış məntəqəsi olub. Hazırda onlardan yalnız Qırmızı Qəsəbə qalıb. Yaşayış məntəqəsi “Qafqazın Qüdsü” (“Jerusalem of the Caucasus”) kimi də tanınır.

1926-cı ilə qədər yaşayış məntəqəsinin adı “Yevreyskaya Sloboda” olub. 1926-cı ildə bu barədə Stalinə məlumat verilib. Sovet hakimiyyəti qurulduqdan sonra göstərişi ilə yaşayış məntəqəsinin adı dəyişdirilərək Qırmızı Qəsəbə qoyulub. Həmin dövrdə “Krasnaya”, “Krasnıy flaq”, “Krasnaya armiya” kimi ifadələr geniş işlədildiyindən ad da həmin dövrdən istifadə olunmağa başlanıb”.

Mediturla bərabər konfrans da yekunlaşıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları