SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Anar Bağırov vəkillərin təqaüdünün azlığı məsələsini qaldırıb

Anar Bağırov vəkillərin təqaüdünün azlığı məsələsini qaldırıb

  • 17 iyul 2026, 14:18

Azərbaycanda təqaüdə çıxan vəkillərin aldıqları pensiya digər qurumlarda çalışan hüquqşünasların aldıqları pensiyadan qat-qat aşağıdır.

Yurd.Media xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin andiçmə mərasimi zamanı deyib. 

O qeyd edib ki, burada bir qeyri-bərabərlik var:

"Biz bununla bağlı mütəmadi olaraq aidiyyəti dövlət qurumlarına müraciət edirik, müəyyən görüşlər, danışıqlar həyata keçirik. Ümid edirəm ki, bizim hökumətimiz, dövlət qurumları bu məsələyə diqqət yetirəcəklər. Hüquq peşələri arasında ayrı-seçkiliyə yol verilməməlidir. Yəni, bütün hüquq peşələrində fəaliyyət göstərən insanların pensiyaları eyni meyara əsasən hesablanmalıdır. Misal üçün, başqa hüquq peşələrində staja görə əlavələr nəzərdə tutulub. Vəkillik peşəsinə belə bir şey yoxdur. Hüquqşünaslar 60 yaşdan pensiyaya çıxarılırlar, vəkillikdə isə belə deyil. Vəkillik peşəsi heç də digər hüquq peşələrindən asan deyil. Bəlkə də digərlərinə daha çətin və mürəkkəb, stressli bir peşədir. Əgər, başqa sahələrdə çalışan hüquqşünaslara güzəştlər və imtiyazlar nəzərdə tutulursa, eyni meyarlar vəkillik peşəsinə də şamil olunmalıdır".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları