SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
İsrailli nazir Ukraynada azsaylı xalqların nümayəndələri ilə görüşüb - FOTO

İsrailli nazir Ukraynada azsaylı xalqların nümayəndələri ilə görüşüb - FOTO

  • 25 iyul 2025, 09:16

Xəbər verdiyimiz kimi İsrailin xarici işlər naziri Gideon Saar iyulun 22-23-də rəsmi səfərlə Kiyevə gəlib. Nəzərə alaq ki, Saar 2023-cü ilin fevralından bəri Ukraynaya səfər edən ən yüksək vəzifəli İsrail rəsmisidir. Sonuncu dəfə Kiyevə onun sələfi Eli Koen səfər edib.

Yurd.Media xəbər verir ki, İsrailin baş diplomatı səfər çərçivəsində o, Ukrayna prezidenti Volodimir Zelenski və xarici işlər naziri Andrey Sıbiqa ilə görüşüb, Ali Radada olub. Rəsmi görüşlərdən əvvəl İsrail Xarici İşlər naziri Qolodomor qurbanlarını ehtiramla yad edib və Xatirə Divarında həlak olanların xatirəsinə əklil qoyub.

Saar səfər çərçivəsində Ukraynanın Uman şəhərində də olub. O şəhərin Sofiya parkında etnik xalqların nümayəndələri ilə görüşüb. Nəzərə alaq ki, Umanda xeyli sayda yəhudi yaşayır.

Görüşdə Ukrayna azsaylı xalqların ansambleyasının prezidenti Rövşən Tağıyev, Dünya Ziani Təşkilatının Ukraynadakı nümayəndəsi Naçman Josef Steinberg, KAKAL təşkilatının Ukrayna nümayəndəliyinin rəhbəri Mixael Pinto, Israilin Ukraynadakı səfiri Mixail Brodski və digər rəsmi şəxslər iştirak ediblər.

Görüş zamanı Rövşən Tağıyev müharibə şəraitində Ukraynada yaşayan azsaylı xalqların durumu barədə qonağa ətraflı məlumat verib. Bildirib ki, 3 ildən artıq davam edən müharibə azsaylı xalqların taleyinə də faciə dolu səhifələr yazıb:

“Ukraynada yaşayan etnik xalqların yüzlərlə nümayəndəsi həlak olub, yaralanıb və hətta doğma ocaqlarından didərgin düşüb. Bu mənada münaqişənin uzanması Ukrayna xalqı ilə yanaşı etnik xalqları da daha böyük faciələrlə üz-üzə qoyur”.

Görüşdə geniş fikir mübadiləsi aparılıb, yerli vəziyyət ətraflı təhlil olunub.

Prime Leasing