SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
ADSEA sədri Xızıda vətəndaşlarla görüşdü - Fotolar

ADSEA sədri Xızıda vətəndaşlarla görüşdü - Fotolar

  • 25 iyul 2025, 16:01
Xızı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bu gün Xızı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında qəbul keçirib.

Yurd.Media xəbər verir ki, sədr Xızı, Siyəzən və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbuldan öncə Zaur Mikayılov və Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Z. Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, sel və daşqınlara qarşı mübarizə tədbirləri, içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, yeni subartezian quyularının qazılması, bərpası, işə qəbul və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Prime Leasing