SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
İranın Naxçıvana dron hücumunda 2 nəfər yaralanıb

İranın Naxçıvana dron hücumunda 2 nəfər yaralanıb

Naxçıvan

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları ilə bağlı məlumat yayıb.

XİN-dən Yurd.Media-ya bildirilib ki, 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

"Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik.

Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.

İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik", - məlumatda bildirilib.

Həmçinin, vurğulanıb ki, Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Məlumatda qeyd olunub ki, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları