SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsi cəhdinin qarşısını alındı

İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsi cəhdinin qarşısını alındı

  • 13 aprel 2025, 14:21

Dövlət Sərhəd Xidməti (DSX) İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısını aldı.

Yurd.Media xəbər verir ki, DSX Mətbuat Mərkəzinin məlumatına görə, aprel ayının 8-də Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində naməlum hədəf müəyyən olunaraq təqib edilib. Sərhəd gəmilərinin təqibindən yayınan hədəf İran İslam Respublikasının ərazi sularına geri qayıdıb.

Əraziyə baxış keçirilərkən qaçaqmalçılar tərəfindən dənizə atılmış bağlamada ümumi çəkisi 12 kq 450 qram nаrkоtik vasitə marixuana və 450 ədəd metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Prime Leasing