“Rabitəbank” ASC səhmdarlarının ümumi yığıncağının növbəti iclası keçiriləcək.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, yığıncaq gələn ilin fevralın 12-nə təyin olunub.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Bankın 2025-ci maliyyə ili üzrə balans, mənfəət və zərər haqqında hesabatının təsdiqi,
2. Bankın audit komitəsinin hesabatının təsdiqi,
3. Bankın səhmdarlarına dividendlərin ödənilməsi,
4. Bankın müşahidə şurası üzvlərinə mükafatın ödənilməsi,
5. “Capital Partners” İnvestisiya Şirkəti QSC-nin müşahidə şurasının tərkibinin təsdiq edilməsi,
6. “Capital Partners” İnvestisiya Şirkəti” QSC-nin “Rabitəbank” ASC adından qərar verməsi ilə bağlı səlahiyyətli orqan və ya şəxsin təyin edilməsi
7. “Capital Partners” İnvestisiya Şirkəti” QSC-nin nizamnamə kapitalının artırılması
8. Təşkilati və cari məsələlər.