Qax rayonunun İlisu bələdiyyəsinin əhatə etdiyi İlisu, Əmircan və Qaşqaçay kəndlərində ötən ilin yekunlarına dair hesabat yığıncaqları keçirilib.
Yurd.Media xəbər verir ki, hesabat yığıncağında bələdiyyə büdcəsi daxilində sakinlərə sosial, iqtisadi və humanitar yardımların göstərilməsi, bələdiyyə torpaqlarının mülkiyyətə və ya icarəyə verilməsi prosesində güzəştlərin tətbiqi və sənədləşmə işlərində köməklik göstərilməsi, aztəminatlı ailələrə mərhumlarının dəfn və yas mərasimlərinin təşkili üçün zəruri xərclərin verilməsi, ərazinin abadlaşdırılması və məişət tullantılarından təmizlənməsi, daxil olmuş vətəndaş müraciətləri və onların həlli ilə bağlı görülmüş işlər barədə əhaliyə məlumat verilib.
Həmçinin, hesabat yığıncağında büdcə və maliyyə vəsaitinin xərclənməsi, şəffaflığın təmin olunması, qarşıda duran vəzifələrin və prioritetlərin müəyyənləşdirilməsi, vətəndaşların irad və təkliflərinin dinlənilməsi, ictimai iştirakçılığın təmin olunması kimi məsələlər müzakirə olunub.