SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
İlham Əliyev İran-İsrail müharibəsindən danışdı

İlham Əliyev İran-İsrail müharibəsindən danışdı

  • 27 iyun 2025, 14:38

İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycan öz mövqeyini ifadə edən ilk ölkələrdən biri olub.

Yurd.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İranın yeni təyin olunan səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı bu gərginliyi qınayıb və qarşıdurma zamanı həlak olan İran vətəndaşları ilə bağlı bir daha başsağlığını ifadə edib. 

İranla İsrail arasında bu gərginliklə əlaqədar bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yaydığını deyən Prezident İlham Əliyev bütün bunların tamamilə cəfəngiyat olduğunu bildirib.

Prime Leasing