SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Bakı və Abşeronda üç nəfər altı evi talan etdi

Bakı və Abşeronda üç nəfər altı evi talan etdi

  • 27 iyun 2025, 15:02

Abşeron və Qaradağ rayonlarında silsilə oğurluq edən şəxslər saxlanılıblar.

Yurd.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Abşeron rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb. Rayon ərazisində yerləşən dörd evdən ümumilikdə 8 900 manat pul, 3 500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Bu əməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı Ş.Abdullayev və 20 yaşlı Ç.Abdullayev müəyyən olunaraq saxlanılıblar.

Prime Leasing