SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
İlham Əliyev: Əsl müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin

İlham Əliyev: "Əsl müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin"

  • 28 may 2026, 15:24
Şuşa

Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir. Amma əsl müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin.

Yurd.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan o ölkələrdəndir.

"İndi dünyada 200-ə yaxın müstəqil ölkə var. Amma demək olmaz ki, onların hər biri, doğrudan da, müstəqildir. Biz, sözün əsl mənasında, müstəqil dövlətik. Çünki öz taleyimizi özümüz həll edirik, siyasətimizi heç kimə baxmadan xalqın, dövlətin naminə, milli maraqların qorunması əsasında aparırıq. Buna görə də dünyada böyük şöhrət qazanmışıq. Baxmayaraq ki, torpaqlarımız uzun illər erməni işğalı altında idi, hətta o vaxt müstəqil siyasət apararaq böyük hörmət qazanmışıq dünyada. Əlbəttə ki, İkinci Qarabağ müharibəsi və ondan üç il sonra antiterror əməliyyatı, bizim şanlı Zəfərimiz ölkəmizin, xalqımızın nüfuzunu dünyada daha da artırıb".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları