SÜJET
ABŞ Prezidenti tərəfindən Ağ Evə dəvət olunmağım çox böyük şərəfdir və bu tarixi hadisədir.
Yurd.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı ABŞ-Azərbaycan münasibətlərinin perspektivlərinə də toxunub: "Biz yeni tarixə şahid oluruq. ABŞ-Azərbaycan arasındakı münasibətlərdə yeni səhifə açılır. Strateji Tərəfdaşlıq Xartiyası bir neçə aya hazırlanacaq. Azərbaycan üçün ABŞ ilə strateji tərəfdaş olmaq böyük uğur və məsuliyyətdir".
Prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycan xalqı bir çox regionlara, o cümlədən Cənubi Qafqaza sülh gətirən ABŞ Prezidenti Donald Trampın sülhməramlı siyasətini daim xatırlayacaq.
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq", - Azərbaycan lideri deyib.