SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
İfadələrdə “inflyasiya”: “xeyli miqdar” 20 dəfə, “külli miqdar” 50 dəfə artırıldı

İfadələrdə “inflyasiya”: “xeyli miqdar” 20 dəfə, “külli miqdar” 50 dəfə artırıldı

  • 31 oktyabr 2025, 16:31

Azərbaycanda “xeyli miqdar” və “külli miqdar” dedikdə nəzərdə tutulan məbləğlər dəyişdirilir.

Yurd.Media xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində bu məsələ öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, təsərrüfat subyektlərinin digər rəqibləri bazardan kənarlaşdırmaq və ya yeni rəqiblərin bazara daxil olmasının qarşısını almaq məqsədilə rəqabəti məhdudlaşdıran vasitələrin tətbiqi barədə kartel sövdələşməsi, belə sövdələşmədə iştirak etmə, yaxud rəqabətin qarşısının alınmasına, aradan qaldırılmasına və ya məhdudlaşdırılmasına səbəb olan və ya səbəb ola bilən bazar maneələrini yaratma, məhdudlaşdırıcı fəaliyyəta vasitələrindən istifadə etmə və ya digər inhisarçılıq hərəkətlərini etmə qanunvericiliyə uyğun cəzalandırılır.

Təklif edilən dəyişikliyə əsasən, rəqabət qanunvericiliyinin pozulması, yəni qanunla yol verilən hallar istisna olmaqla rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlərin bağlanması, uyğunlaşdırılmış bu cür hərəkətlərin edilməsi və ya hökmran mövqedən sui-istifadə etmə, bu əməllər xeyli miqdarda ziyan vurmaqla və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə müvafiq cəza tətbiq ediləcək.

Mövcud qanunvericiliyə əsasən, bu əməllər üzrə “xeyli miqdar” dedikdə 10 min manatdan 50 min manatadək olan məbləğ, “külli miqdar” dedikdə 50 min manatdan artıq olan məbləğ başa düşülür.

Təklif edilən dəyişikliyə əsasən bu əməllər üzrə “xeyli miqdar” dedikdə 200 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə 500 min manatdan yuxarı, lakin 1 milyon manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə 1 milyon manatdan yuxarı olan məbləğ başa düşüləcək.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. 

Prime Leasing
SPE Annual Caspian