SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
İcra hakimiyyətlərində şöbələr birləşdirilib,  rəhbərlik başçının müavinlərinə tapşırılıb

İcra hakimiyyətlərində şöbələr birləşdirilib, rəhbərlik başçının müavinlərinə tapşırılıb

  • 11 dekabr 2025, 17:37

Bakıda icra hakimiyyətlərində şöbələr birləşdirilib,  rəhbərlik başçının müavinlərinə tapşırılıb.

Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, Bakının bütün icra Bakı şəhərinin Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqədi, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu yenilənir.

İcra hakimiyyətlərində bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib. Bundan başqa, bəzi şöbələr birləşdirilib və həmin şöbələrə rəhbərliyi icra başçılarının müavinləri həyata keçirəcək.

Başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdirinə tabe olacaq sektorlar bunlardır:

- Ərazi-təşkilat məsələləri sektoru

- Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru

- İctimai-siyasi və humanitar məsələlər sektoru

Başçının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdirinə tabe olacaq sektorlar isə aşağıdakılardır:

- Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoru

- Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoru

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, habelə hüquq və inzibati işlər şöbəsi ləğv edilib və onların bazasında Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi yaradılıb. Yeni şöbəyə tabe olacaq sektorlar:

- Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektoru

- Hüquq və kadr məsələləri sektoru

Qeyd edək ki, icra hakimiyyəti başçısının şəhər və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturunda da dəyişikliklər edilib. Bu barədə müvafiq Fərman imzalanıb. Fərmana əsasən, bütün dəyişikliklər iki ay ərzində tamamlanacaq. İxtisar olunan əməkdaşlar Dövlət İmtahan Mərkəzi vasitəsilə müvafiq dövlət qurumlarında işlə təmin ediləcəklər.

Prime Leasing
SPE Annual Caspian