İçərişəhərdə turistlər və sakinlərin rahat gediş-gəlişi üçün “golf car”lar istifadəyə verilib.
Yurd.Media xəbər verir ki, xidmətin qiyməti 1 manatdır, 10 yaşadək uşaqlar və 60 yaşdan yuxarı sərnişinlər üçün isə ödənişsizdir.
"AzTV"nin hazırladığı reportajda qeyd olunur ki, marşrut Qız Qalası meydanından başlayaraq Qüllə küçəsi, Kiçik qala, Vəli Məmmədov, Asəf Zeynallı, Böyük qala küçələrini əhatə edir və ümumilikdə 10 dayanacaqdan ibarətdir. Hazırda iki “golf car” saat 14:00-dan 22:00-dək işləyir, tələbat artarsa sayının artırılması planlaşdırılır.
Yeni nəqliyyat vasitəsi sərnişinlərin Qız qalası, Şirvanşahlar sarayı, Maqsud İbrahimbəyovun ev muzeyi kimi məkanlara daha rahat çatmasına imkan yaradacaq.