SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Hava şəraiti ilə əlaqədar qatarlarda gecikmə gözlənilir

Hava şəraiti ilə əlaqədar qatarlarda gecikmə gözlənilir

  • 28 mart 2026, 10:32

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.

ADY-dən Yurd.Media-ya bildirilib ki, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir, əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir.

"Bəzi sahələrdə təhlükəsizliyin təmin edilməsi məqsədilə sürət həddinin endirilməsi səbəbindən qatarların qrafikində qismən kənara çıxma halları ola bilər.

Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik", - deyə qurumun məlumatında qeyd edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları