SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Gürcüstanın daxili işlər naziri Azərbaycana gəlib

Gürcüstanın daxili işlər naziri Azərbaycana gəlib

  • 13 iyun 2025, 16:53

Gürcüstanın daxili işlər naziri Gela Geladze Azərbaycana səfərə gəlib.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, Gela Geladze səfər çərçivəsində Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ilə görüş keçirəcək.

Tərəflər hüquq-mühafizə sahəsində iki ölkə arasında tərəfdaşlıq və əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər.

Nazirin rəhbərlik etdiyi nümayəndə heyətinə onun müavini Aleksandre Daraxvelidze və Mərkəzi Kriminal Polis Departamentinin direktoru Davit Kiknadze daxildir.

Prime Leasing