SÜJET

Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Azərbaycanın İranla sərhəd ərazilərində radiasiya fonu ölçüldü - BİRGƏ MƏLUMAT - YENİLƏNİB

Azərbaycanın İranla sərhəd ərazilərində radiasiya fonu ölçüldü - BİRGƏ MƏLUMAT - YENİLƏNİB

  • 14 iyun 2025, 08:09
Astara

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının mütəxəssislərindən ibarət mobil qruplar tərəfindən ölkənin cənub sərhədləri boyunca (30 məntəqə üzrə), o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi cihazlarla radiasiya fonunun ölçülməsi məqsədilə müayinələr aparılıb.

Yurd.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin Mətbuat xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, müayinələr zamanı ətraf mühitdə radiasiya fonunda hər hansı çirklənmə aşkar edilməyib. Müayinələr mütəmadi olaraq davam etdirilir.

Həmçinin, ölkə ərazisində, o cümlədən transsərhəd bölgələrdə radiasiya şəraitinə fasiləsiz nəzarət məqsədilə Astara, Beyləqan, Zəngilan, Sədərək və digər sərhədyanı rayonlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Monitorinqi Mərkəzinin avtomatik stansiyaları fəaliyyət göstərir və bu stansiyalar vasitəsilə radiasiya fonu üzrə gündəlik müşahidələr aparılır.

Hazırda havada hər hansı bir çirklənmə müşahidə edilməyib.


***13 iyun 21:58

İsrailin İranda nüvə obyektələrini hədəf almasından sonra Azərbaycanda radiasiyanın səviyyəsinin yoxlanılması üçün nüvə tədqiqatları departamentinin nümayəndələri Astaraya ezam olunub.

Yurd.Media xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nüvə tədqiqatları departamentinin mütəxəssisləri artıq Astada tədqiqatlara başlayıblar.

Prime Leasing