SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Gürcüstana dəmir yolu reyslərinin açılması gözlənilir

Gürcüstana dəmir yolu reyslərinin açılması gözlənilir

  • 18 may 2026, 21:43

Gürcüstana dəmir yolu reyslərinin açılması gözlənilir.

“Azərbaycan Dəmir Yolları”ndan (ADY) Yurd.Media-ya bildirilib ki, Bakı-Tbilisi sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı müzakirələr aparır.

“Verilmiş tapşırığa əsasən Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı ADY tərəfindən Gürcüstan Dəmir Yolları ilə işçi qaydada texniki və təşkilati məsələlərə dair müzakirələr aparılır", - ADY-dən bildirilib.

Xatırladaq ki, bugün Bakıda Prezident İlham Əliyevin və Gürcüstan Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş, Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş və “Bakı–Tbilisi–Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalandı.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları