Göygöldə fəhlələri daşıyan mikroavtobus aşıb.
Yurd.Media xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Göygöl rayonundan keçən hissəsində qeydə alınıb.
"QAZel" markalı mikroavtobusun idarəetmədən çıxaraq aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlərin vəziyyəti kafi qiymətləndirilir.
Qeyd edək ki, mikroavtobusda olanlar istixanada çalışan fəhlələrdi.
Faktla bağlı araşdırma aparılır.