SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Goranboyda 3 min illik nekropolda qazıntılar zamanı qəbirlər aşkarlandı - VİDEO

Goranboyda 3 min illik nekropolda qazıntılar zamanı qəbirlər aşkarlandı - VİDEO

  • 29 iyul 2026, 22:12
Goranboy

Goranboyda 3 min illik tarixi olan nekropolda qazıntı aparan arxeoloqlar qəbirlər aşkarladılar.

Yurd.Media xəbər verir ki, tarixi yaşının 3 min ildən çox olduğu bilinən və Goranboy rayonunun Tatarlı kəndi ərazisində yerləşən "Muncuqlu təpə" abidəsində arxeoloji qazıntılar davam edir.

AzTV-nin reportajından göründüyü kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya Etnoqrafiya və Antropologiya İnstitutunun Naftalan-Goranboy arxeoloji ekspedisiyasının əməkdaşları qazıntı işlərini davam etdirirlər.

2007-ci ildən aparılan mərhələli qazıntı işləri bu ildə həyata keçirilir.

Ərazidə müxtəlif dövrlərə aid olan qəbirlər aşkar olunub.

Burada Son Tunc və Erkən Dəmir dövrünə aid olan maddi mədəniyyət nümunələri tapılıb.

Hazırda da arxeoloqlar tərəfindən araşdırmalar aparılır.

Goranboyda 3 min illik nekropolda qazıntılar zamanı qəbirlər aşkarlandı - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları