Goradildə piyada keçidi silinib: Uşaqlar və sakinlər təhlükə altındadır

Goradildə piyada keçidi silinib: Uşaqlar və sakinlər təhlükə altındadır

  • 04 may 2025, 22:25
Abşeron

Goradil kəndinin Heydər Əliyev prospekti 127 ünvanında yerləşən ərazidə piyada keçidini bildirən nişan olsa da, keçid zolaqları uzun müddətdir bərpa olunmadığından silinib və sürücülər onu görə bilmirlər.

Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, hazırda piyada keçidi tamamilə sıradan çıxıb.

Sakinlərin sözlərinə görə, məktəbə və bağçaya gedən uşaqlar, eləcə də yaxınlıqdakı icra nümayəndəliyinə və bələdiyyəyə gələn vətəndaşlar yolun bu hissəsindən keçərkən ciddi təhlükə ilə üzləşirlər. Sürücülərin əksəriyyəti bu ərazidə sürət həddinə əməl etmir, keçid zolağının görünməməsi isə vəziyyəti daha da ağırlaşdırır.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, hazırda region üzrə piyada zolaqlarının yenilənməsi işləri aparılır. Sözügedən ünvandakı keçid zolaqlarının bərpası da tədbirlər planına daxil edilib və yaxın günlərdə rənglənəcək.

Ətraflı süjetdə: