Gəncədə oktyabrın 12-də start götürən Beynəlxalq Şahmat Turniri başa çatıb. Yarışda Azərbaycan, Çin, Rusiya, Özbəkistan və Hindistandan olan şahmatçılar iştirak ediblər. Ümumilikdə, turnirdə 200-ə yaxın idmançı mübarizə aparıb.
Yurd.Media xəbər verir ki, turnirin qalibi 18 yaşlı azərbaycanlı şahmatçı Fərid Orucov olub.
Fərid Orucov indiyədək Azərbaycan çempionatının yaş qrupu üzrə qalibi və mükafatçısı olub, bir sıra beynəlxalq turnirlərdə də uğurlu nəticələr əldə edib.
Şahmatçı bir neçə gün əvvəl III beynəlxalq usta normasını yerinə yetirərək beynəlxalq usta titulunu da qazanıb. Bu münasibətlə Sumqayıtda onun iştirakı ilə seans oyunu da təşkil olunub.