SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Sabaha küləklə bağlı XƏBƏRDARLIQ

Sabaha küləklə bağlı XƏBƏRDARLIQ

  • 18 oktyabr 2026, 17:49

Milli Hidrometeorologiya Xidməti oktyabrın 19-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Yurd.Media xəbər verir ki, Bakıda və Abşeron yarımadasında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 20,8-28,4 metrədək güclənəcək.

Qazax, Tovuz, Gəncə, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Naftalan, Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba, Qusar, Qobustan, Hacıqabul, Neftçala, Mingəçevir, Biləsuvar, Cəlilabad, Lerik və Yardımlıda isə sarı xəbərdarlıq qüvvədə olacaq.

Bu ərazilərdə qərb küləyi əsəcək, sürəti saniyədə 13,9-20,7 metrə çatacaq.

Skat.az - Ev və Avtomobil elanları