SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Bakıda metrodan istifadə edənlərin sayı azaldı

Bakıda metrodan istifadə edənlərin sayı azaldı

  • 17 oktyabr 2026, 22:36

Bu ilin yanvar-sentyabr aylarında Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub.

Yurd.Media "Report"a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və ya 3,9 % azdır.

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda 1 milyard 771 milyon 305,6 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 156 milyon 793 min sərnişin və ya 9,7 % çoxdur.

Skat.az - Ev və Avtomobil elanları