SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq

Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq

  • 17 oktyabr 2026, 18:57

Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir.

Yurd.Media xəbər verir ki, 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür.

Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahət günü noyabrın 10-na keçiriləcək.

Beləliklə, noyabrda 4 gün ardıcıl - 7, 8, 9 və 10 noyabrda iş olmayacaq./Mətbuat.az

Skat.az - Ev və Avtomobil elanları