Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirli yeni departament rəhbəri təyin edib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Şahin Mustafayev AAYDA-da Nəqliyyat İnfrastrukturunun İstismarı və Təmiri Departamentinin müdiri təyin edilib.
Qeyd edək ki, bu departament respublika və yerli əhəmiyyətli avtomobil yollarının, həmçinin paytaxt Bakı şəhərindəki yol-nəqliyyat infrastrukturunun cari və əsaslı təmiri, saxlanılması və istismarı üzrə işləri idarə edən əsas struktur bölmələrdən biridir.
Əvvəllər həmin strukturun adı Avtomobil yollarının istismarı və təmiri baş idarəsi olub. Amma bir neçə ay əvvəl AAYDA-nın strukturundakı bəzi Baş idarələr departamentə çevrilib.
Şahin Mustafayev