SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Gəncədə ət kəsim sexinin su şəbəkəsinə qanunsuz qoşulması aşkarlandı

Gəncədə ət kəsim sexinin su şəbəkəsinə qanunsuz qoşulması aşkarlandı

  • 01 sentyabr 2026, 14:55
Gəncə

Gəncə şəhərində ət kəsimi sexinin sahibi cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Gəncə şəhərində yerləşən qeyri-yaşayış obyektində ət kəsim sexinin sahibi İsmayılov Məhəmməd Şükür oğlu tərəfindən Gəncə şəhər Su kanal İdarəsinin balansında və istismarında olan su təchizatı şəbəkəsinə müqaviləsiz olaraq gizli qaydada plastik boru vasitəsi ilə qoşulma faktı aşkar edilib. 

Məlum olub ki, Kəlbəcər rayon sakini olan Məhəmməd İsmayılov tərəfindən 4104 manat məbləğində dövlətə ziyan dəyib. 

Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin regional şöbəsi tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə protokol tərtib edilib. 

Gəncə Şəhər Məhkəməsinin qərarı ilə İsmayılov 1000 manat cərimə edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları