SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Gəncədə “Dəmir yumruq və Sülh” nəhəng fləşmobla göstərilib - VİDEO

Gəncədə “Dəmir yumruq və Sülh” nəhəng fləşmobla göstərilib - VİDEO

  • 24 dekabr 2025, 08:47
Gəncə

Gəncənin Heydər Əliyev Meydanında 10 mindən çox tələbə gəncin iştirakı ilə fləşmob təşkil olunub.

Yurd.Media xəbər verir ki, fləşmob Prezident İlham Əliyevin 64 yaşının tamam olması münasibətilə “Dəmir yumruq və Sülh” adı altında keçirilib.

Məqsəd Azərbaycanın güc, birlik və qətiyyət rəmzi olan “Dəmir yumruq” ideyasının dünyaya sülh, sabitlik və əməkdaşlıq mesajı ilə vəhdətdə təqdim olunmasını nümayiş etdirmək olub.

Qeyd edək ki, fləşmob vasitəsilə ölkəmizin sülhpərvər siyasəti, güclü dövlət mövqeyi və beynəlxalq sülh təşəbbüslərinə verdiyi töhfə simvolik formada ictimaiyyətə çatdırılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları