SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Gəncə klubundan Premyer Liqada İLK QƏLƏBƏ

Gəncə klubundan Premyer Liqada İLK QƏLƏBƏ

  • 17 oktyabr 2025, 23:04

Gəncənin "Kəpəz" klubu Azərbaycan Premyer Liqasında ilk xallarını qazanib.

Yurd.Media xəbər verir ki, bu gün start götürən VIII turun ilk görüşündə "Kəpəz" səfərdə " Şamaxı" ilə qarşılaşıb.

Şamaxı şəhər stadionunda baş tutan görüş qonaqların 4:1 hesablı qələbəsi ilə bitib.

"Kəpəz"in heyətində Fərid Nəbiyev (34; 43) və Luis Paçu (67; 89) hərəsi iki dəfə fərqləniblər. "Şamaxı"nın yeganə qolunu isə Sezar Enrike (10) vurub.

Bu görüşdən sonra Gəncə təmsilçisi 3 xalla sonuncu, "Şamaxı" isə 9 xalla 7-ci pillədə qərarlaşıb.

Günün ikinci oyununda "Qarabağ" "Turan Tovuz"a qalib gəlib.

"Azərsun Arena"da baş tutan qarşılaşma "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ"ın heyətində Nəriman Axundzadə (55) və Abdulla Zubir (63) fərqləniblər. "Turan Tovuz"un heyətində isə Aleksandro Serrano (40) penalti zərbəsini dəqiq yerinə yetirib.

Bu görüşdən sonra Tovuz təmsilçisi 15 xalla ikinci, "Qarabağ" isə 16 xalla birinci pillədə qərarlaşıb.

Prime Leasing