SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Gələn il Laçının bu kəndləri bərpa olunacaq

Gələn il Laçının bu kəndləri bərpa olunacaq

  • 30 noyabr 2025, 16:51
Laçın

2026-cı ildə Laçın rayonunun Şəlvə və Pircahan kəndlərində bərpa-tikinti prosesinin başladılması planlaşdırılır.

Yurd.Media "Report"a istinadən xəbər verir ki, bunu "MDB-nin mədəniyyət paytaxtı – 2025" ilinin bağlanış mərasimindən sonra Azərbaycan Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq Yeni Qorçu qəsəbəsində də söküntü işlərinə başlanılıb: "Ümid edirik ki, növbəti ildən orada da tikinti prosesinə başlanılacaq".

Məsim Məmmədov Laçın şəhərində 2023-cü ildə təməli qoyulmuş yeni yaşayış məhəlləsinin də artıq layihələndirmə işlərinin başa çatdığını qeyd edib: "Növbəti ildə yeni yaşayış məhəllələrinin tikintisi planlaşdırılır. Həmçinin Laçın şəhərində yeni obyektlərin istifadəyə verilməsi gözlənilir".

Xüsusi nümayəndə Güləbird kəndində bərpa-tikinti işlərinin davam etdiyini qeyd edib.

Prime Leasing
SPE Annual Caspian