SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
FHN: Fəsadların aradan qaldırılması işləri fasiləsiz davam etdirilib - VİDEO

FHN: Fəsadların aradan qaldırılması işləri fasiləsiz davam etdirilib - VİDEO

  • 07 aprel 2026, 10:31

İntensiz yağıntılarla əlaqədar suçəkmə işləri fasiləsiz həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, qurumun qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gün və gecə saatlarında fasiləsiz davam etdirilib.

Bildirilib ki, hazırda Bakı şəhərinin Nizami, Sabunçu, Suraxanı, Binəqədi və Səbail rayonlarında, Sumqayıt şəhəri, Abşeron, Xızı, Şabran və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.

Qeyd edək ki, fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki Müdafiə Qoşunları, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri, eləcə də Bakı və Sumqayıt Regional mərkəzlərinin qüvvələri tərəfindən həyata keçirilir.

FHN: Fəsadların aradan qaldırılması işləri fasiləsiz davam etdirilib - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları