SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Dövlət kanalı kino istehsalı ilə bağlı islahatlara başlayır

Dövlət kanalı kino istehsalı ilə bağlı islahatlara başlayır

  • 07 aprel 2026, 21:06

Dövlət kanalı kino istehsalı ilə bağlı islahatlara başlayır.

AzTV-dən Yurd.Media-ya bildirilib ki, Azərbaycan Televiziyasının "Sabah”, "Telefilm” və "Kino” studiyaları birləşdiriləcək.

"QSC daxilində film istehsal edən 3 komanda var – "Sabah”, "Telefilm” və "Kino” studiyası. Hazırda QSC-nin strukturunun daha da təkmilləşdirilməsi, tamaşaçılara maraqlı kontent təqdim etmək istiqamətində növbəti addımlar atılır. Yaxın gələcəkdə müəyyən studiyaların birləşdirilməsi, daha kompakt idarəetmə sisteminin yaradılması nəzərdə tutulur. Bu məqsədlə bədii-sənədli filmlərin və tamaşaların istehsalı "Telefilm” adı altında birləşəcək”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Xalq artisti Ramiz Həsənoğlu 36 ildir fəaliyyət göstərən "Sabah” studiyasının bağlanması ilə bağlı məlumat paylaşıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları