Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Samran Məmmədzadə SOCAR-ın İT və Kommunikasiya üzrə satınalma bölməsinin müdiri təyin edilib.
O, 2025-ci ildən yeni təyinata qədər müdir müavini vəzifəsində çalışıb. 2021-2025-ci illərdə isə "Azerconnect Group"da fəaliyyət göstərib.
Beləliklə 2025-ci ilin aprel ayında müavin kimi SOCAR sıralarına qoşulan S. Məmmədzadə qısa müddət sonra müdir təyin olunub.
Samran Məmmədzadə