SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Bakıda bina: 26 ildir tikilib amma satışa çıxarılmır - VİDEO

Bakıda bina: 26 ildir tikilib amma satışa çıxarılmır - VİDEO

  • 04 oktyabr 2026, 22:01
Bakı

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur.

Yurd.Media xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağına səbəb olan bina ilə bağlı müxtəlif ehtimallar səsləndirilir.

Maraqlıdır ki, binada yaşayış olmasa da, aşağı mərtəbələrdə müxtəlif obyektlər fəaliyyət göstərir.

Sosial şəbəkələrdə yayılan iddialarda binanın konstruksiyasında problem olduğu üçün mənzillərin satışa çıxarılmadığı da bildirilir.

Fövqaladə Hallar Nazirliyindən "Xəzər Xəbər"ə bildirilib ki, qeyd olunan ünvanda yerləşən çoxmənzilli yaşayış binasına Nazirliyin Titikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin tərəfindən istismara hazırlıq aktı verilib.

Bakıda bina: 26 ildir tikilib amma satışa çıxarılmır - VİDEO
Skat.az - Ev və Avtomobil elanları