SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq Qeyri-sabit hava
FHN-də yeni rəis təyinatı

FHN-də yeni rəis təyinatı

  • 19 may 2025, 12:33

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şamaxı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi işdən çıxarılıb.  

Yurd.Media Qaynarinfo-ya istinadən xəbər verir ki, 2009-cu ildən sözügedən qurumun rəisi vəzifəsini tutan daxili xidmət polkovnik-leytenantı İbrəhimov Eyvaz Soltanpaşa oğlu vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.  

Onun yerinə daxili xidmət mayoru Zahidov Alim Oktay oğlu təyin edilib. O, bundan əvvəl Ağsuda FHN-nin texnikalar üzrə rəisi olub. Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.