SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Azərbaycanda bu avtomobillərə maraq sürətlə artır

Azərbaycanda bu avtomobillərə maraq sürətlə artır

Azərbaycanda hibrid avtomobillərə olan maraq durmadan artır. Büdcəyə uyğunluq və yanacağa qənaət imkanları bu nəqliyyat vasitələrini vətəndaşlar üçün daha cəlbedici edir.

Yurd.Media xəbər verir ki, Dövlət Gömrük Komitəsinin son məlumatına əsasən, 2025-ci ilin təkcə aprel ayında ölkəyə 9868 ədəd minik avtomobili idxal edilib. Onların 43 faizini, yəni 4216 avtomobili hibrid mühərrikli nəqliyyat vasitələri təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2.8 dəfə artım deməkdir.

Alıcıların fikrincə, hibrid avtomobillərin əsas üstünlüyü yanacağa qənaət və texniki baxımdan əlçatanlıqdır. “Bu gün büdcəmizə görə, yalnız hibrid maşınlar bizim üçün əlverişlidir. Ən böyük üstünlüyü yanacağa qənaətdir. Həmçinin ehtiyat hissələrinin tapılması da problem yaratmır”, – deyə  sürücülər bildirir.

Avtomobil ticarəti ilə məşğul olan Eldar Əliyev Baku TV - yə açıqlamasında  hibrid avtomobillərin ölkəyə idxal qiymətinin nisbətən aşağı olmasını və bunun da bazarda qiymət artımının qarşısını aldığını bildirib:

"Çindən gələn maşınlara daha çox üstünlük verilir. Oradan gətirilən maşınların üzərində böyük qazanc marjası olmur. Çünki hər kəs eyni model maşın gətirir və bu da qiymətin tənzimlənməsinə səbəb olur".

Rəsmi statistik göstəricilər də bu tendensiyanı təsdiqləyir. Belə ki, 2024-cü ilin aprelində idxal edilən hibrid avtomobillərin orta qiyməti 29,272 ABŞ dolları olduğu halda, 2025-ci ilin eyni ayında bu rəqəm 28.7 faiz azalaraq 20,875 dollar təşkil edib.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə hesab edir ki, hibrid avtomobillər artıq ölkənin nəqliyyat sistemində öz mövqeyini möhkəmləndirib:

"Hibridlər üçün xüsusi infrastruktur tələb olunmur. Onlar elektrik enerjisini hərəkət zamanı toplayır və eyni zamanda benzinlə də işləyir. Azərbaycanda rəsmi servis mərkəzləri qurulub, ehtiyat hissələri də mövcuddur. Ona görə də bu avtomobillərə maraq artıb".

Hibrid avtomobillərin qiymətinin aşağı olmasının digər səbəblərindən biri də onlara tətbiq edilən vergi və gömrük güzəştləridir. Belə ki, 2026-cı il yanvarın 1-dək istehsal tarixi 3 ildən artıq olmayan və mühərrik həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı əlavə dəyər vergisindən azaddır.

Mütəxəssislər hesab edirlər ki, bu güzəştlər və bazardakı rəqabət şəraiti yaxın illərdə hibrid avtomobillərin daha da geniş yayılmasına şərait yaradacaq.

Prime Leasing
SPE Annual Caspian