SÜJET

Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq Qeyri-sabit hava
Paytaxt sakinlərin qramlıq ətirlərə marağı artır – mütəxəssislər təhlükə barədə xəbərdarlıq edirlər

Paytaxt sakinlərin "qramlıq ətir"lərə marağı artır – mütəxəssislər təhlükə barədə xəbərdarlıq edirlər

  • 22 may 2025, 18:19

Son dövrlər paytaxt sakinləri arasında qramla satılan ətirlərə maraq artmaqdadır. Gözəl görünüş qədər gözəl qoxunun da önəmli olduğunu düşünən insanlar, bəzən zövqlərinə uyğun ətirləri almaqda maddi çətinlik çəkdiklərindən bu alternativə üz tuturlar. 

Yurd.Media xəbər verir ki, Baku TV-nin keçirdiyi sorğuya əsasən, əhalinin əksəriyyəti məhz cibinə uyğun qiymətə, yəni qramla satılan parfümlərə üstünlük verir.

Dermatoloqlar həyəcan təbili çalırlar. Hesab edirlər ki, bu cür ətirlər insan dərisində müəyyən fəsadlara, hətta xərçəngə səbəb ola bilər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə mövzu ilə bağlı açıqlamasında bildirib ki, bəzi istehsalçılar parfümeriya məhsullarının etiketində buraxılma tarixi və son yararlılıq müddəti haqqında məlumatı göstərmir: 

“Monitorinq aparsaq, görərik ki, əksər parfümeriya məhsullarının üzərində bu göstərici yoxdur. Ən brend mağazalarda belə parfümeriya məhsulları ya vaxtı keçmiş, ya da saxta olur. Üstəlik, qramla ətirlər meydana çıxıb ki, bu da parfümeriya bazarının necə bərbad vəziyyətdə olduğunu göstərir”.