SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq
Bakıya 7 kq narkotik gətirənlər ələ keçdi

Bakıya 7 kq narkotik gətirənlər ələ keçdi

  • 23 may 2025, 11:57
Yardımlı

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 49 yaşlı Yalçın Məmmədov və 46 yaşlı Rasim Nuriyev saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Yurd.Media"ya verilən məlumata görə, onlardan 7 kiloqram marixuana və 949 ədəd metadon həbi aşkarlanıb.

Araşdırmalarla Y.Məmmədov və R.Nuriyevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə edərək maddi qazanc qarşılığında Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.