SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
FHN bölgələrdə maarifləndirmə tədbirləri keçirib - FOTO

FHN bölgələrdə maarifləndirmə tədbirləri keçirib - FOTO

  • 03 may 2026, 13:02

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Yasamal rayonu 308 nömrəli tam orta məktəbində və Nizami rayonu “Zəngi” liseyində, Sumqayıt RM tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyində, Fatmayi Bələdiyyəsində, Abşeron rayonu, Mehdiabad qəsəbə 4 və 5 nömrəli tam orta ümumtəhsil məktəblərində, Aran RM tərəfindən Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində və Goranboy rayonu Zeyvə kənd tam orta məktəbində, Cənub RM Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzində və Cəlilabad şəhər R.Abdullayev adına 2 nömrəli tam orta məktəbində, Qarabağ RM tərəfindən Ağdam rayonu Azər Kərimov adına Bənövşələr kənd tam orta məktəbində, Gəncə RM tərəfindən Gəncə şəhər N.Gəncəvi adına 11 nömrəli və Samux şəhər M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəblərində maarifləndirmə tədbiriləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları