SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“Express Bank” verdiyi 300 manat krediti məhkəmə ilə alır

“Express Bank” verdiyi 300 manat krediti məhkəmə ilə alır

  • 30 yanvar 2026, 10:16

“Express Bank” Açıq Səhmdar Cəmiyyəti (ASC) kredit götürən müştərisinə qarşı mülki iddia qaldırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bank Suraxanı Rayon Məhkəməsinə müraciət edərək iddiaçının 291 manat əsas borc və 34 manat faiz borcu olmaqla, cəmi 325 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş edib. 

İddia sənədində əsaslandırılıb ki, 2022-ci ildə kredit xətti müqaviləsinə əsasən, borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə "Expressbank"dan kredit xətti ayrılıb. 

Müqaviləyə əsasən, həmin tarixdə borcalanın borclu olduğu 314 manat məbləğində borc 12 ay müddətinə, 24 faiz dərəcəsi ilə aylıq bərabər qrafikə bölünüb. Borcalan əsas öhdəliyi lazımınca icra etmədiyi, kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozduğu iddia edilib. 

Suraxanı Rayon Məhkəməsinin qərarı ilə iddia qismən təmin edilib. 291 manat əsas borc və 19 manat faiz borcu olmaqla, cəmi 310  manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı banka ödənilməsi barədə qərar çıxarılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları