Binəqədi rayonunda evlərdən 10 000 manatlıq oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, paytaxtın Binəqədi rayonunda talama cinayəti baş verib.
Biləcəri qəsəbəsi ərazisində yerləşən iki evdən ümumilikdə 10050 manat dəyərində nağd pul və qızıl-zinət əşyaları talanıb.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törtməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı F.Fərəcov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, bir müddət ərazidə müşahidə aparıb. Evlərdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra isə əməli törədib.
Araşdırmalar davam etdirilir.